Vergi ödənişi tam icra olunub

vergi-odenisi-tam-icra-olunub
Oxunma sayı: 642

Vergilər Nazirliyi bu ilin yanvar-iyul aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları ilə bağlı açıqlama yayıb.

Nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, tapşırıqlar tam həcmdə icra olunub. Belə ki, vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 4 milyard 84 milyon 988,4 min manat məbləğində vəsait ödənilərək Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100,1 faiz əməl olunub.