Vergi orqanlarında işləmək istəyənlərin nəzərinə

vergi-orqanlarinda-islemek-isteyenlerin-nezerine
Oxunma sayı: 1437

Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə martın 30-da “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında" Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, namizədlər 27-29.03.2019-cu il tarixdə (saat 10:00-dan 18:00-dək) “İmtahana buraxılış vərəqəsi”ni Vergilər Nazirliyinin inzibat binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər.

İmtahan saat 11:00-da başlayır və Bakı şəhərində 5 binada təşkil olunacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahanda iştirak etmək üçün 1544 namizəd qeydiyyatdan keçib.

Ətraflı məlumatı DİM-in saytından əldə edə bilərsiniz.