Vergidən yayınan sahibkarın istintaqı başa çatdı

vergiden-yayinan-sahibkarin-istintaqi-basa-catdi
Oxunma sayı: 943


O.Talebian İstintaqa məlum olmayan mənbədən əldə etdiyi saxta aksiz markalarını özünün idarə etdiyi “Dong Feng” markalı 77B819-10/77B820-10 qeydiyyat nömrəli yük avtomobilinin kabinəsində sürücünün oturacağının altında gizlədərək 18 sentyabr 2014-cü il tarixdə  İran İslam Respublikasına aparmaq  məqsədilə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük postunun ərazisinə gətirib. Dövlət sərhədini keçərkən gömrük əməkdaşları tərəfindən Gömrük Məcəlləsinin 92 və 99-cu maddələrinə əsasən yük avtomaşınına  baxış keçirilmiş və gizlədilmiş 27491 ədəd  saxta aksiz markaları  aşkar edilərək götürülüb.

Qeyd olunan cinayətin O.Talebian tərəfindən törədilməsi ibtidai araşdırma zamanı toplanmış təkzibolunmaz sübutlarla – ilkin sənədlər, şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam təsdiqini tapıb. İstintaq zamanı Talebian Oveis Nemat oğlu təqsirli bilinərək ona CM-nin 205-1-ci maddəsi ilə ittiham elan olunmuş, barəsində Yasamal Rayon Məhkəməsinin 4 dekabr 2014-cü il tarixli qərarına əsasən “həbs” qətimkan tədbiri  seçilib. Cinayət işi üzrə ittiham aktı Respublika Baş Prokurorluğunda təsdiq olunmuş və iş baxılması üçün məhkəməyə göndərilib.