Bu gün Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində (BVD) KİV nümayəndələri üçün “Açıq qapı günü” keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, ölkənin aparıcı KİV nümayəndələrinin iştirak etdiyi tədbir BVD-nin yenidən qurulmuş və genişləndirilmiş vergi ödəyicilərinə xidmət mərkəzinin təqdimatı ilə başlayıb. BVD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin rəisi Ağami Tahirov xidmət mərkəzinin əsas fəaliyyət istiqamətləri, iş prinsipləri barədə məlumat verib. Bildirib ki, Xidmət Mərkəzi yenidən qurularaq genişləndirilib, onun eyni vaxtda xidmət göstərdiyi yerlərin sayı iki dəfədən çox artırılıb və lazımi maddi texniki baza ilə təmin olunaraq vergi ödəyicilərinin istifadəsinə verilib. Xidmət Mərkəzinə müraciət edənlərə burada vergi qanunvericiliyi və onun tətbiqi barədə məlumat və izahatlar verilir, qüvvədə olan vergilər, onların hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və vergi orqanlarının hüquq və vəzifələri, vergi qanunvericiliyinin tətbiqi məsələləri, vergi bəyannamələrinin təqdim olunma müddətləri, vergi güzəştlərindən istifadə edilməsi, vergi borcu haqqında ətraflı məlumatlar verilir, vergi ödəyicilərinə hazırda mövcud olan bütün vergi xidmətləri göstərilir.
Qeyd olunub ki, burada mobil nömrə vasitəsilə identikləşdirilən, asanlığı və rahatlığı ilə fərqlənən, vergi ödəyicisinin məlumatlarının təhlükəsizliyinə xidmət edən “ASAN imza”nın alınmasına da kömək göstərilir. Müraciət edən şəxslərin məmnunluğunu və rahatlığını təmin etmək məqsədilə xidmət mərkəzi növbə, qeydiyyat, videonəzarət, səsyazma və qiymətləndirmə (sorğu keçirmə) sistemləri ilə təchiz olunub. Xidmət mərkəzinin girişində elektron növbə terminalı quraşdırılıb ki, bu da vergi ödəyicilərinə xidmətin təhlil əsasında qurulmasına imkan yaradır.
Sonra akt zalında KİV nümayəndələri ilə görüş keçirilib. Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov nazirliyin görüşdə iştirak edən rəhbər vəzifəli şəxslərini təqdim edib. Açıq hökumətin təşviq edilməsi istiqamətində görülən tədbirlərin davamlılığının təmin olunması, dövlət orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən müxtəlif sahələr üzrə mütəmadi olaraq “Açıq qapı günləri”nin təşkil edildiyini, bu tədbirin də həmin silsilədən olduğunu qeyd edib.
Nigar Məmmədli
Son xəbərlər
Son Xəbərlər