Vergilər nazirinə sualınız var?

vergiler-nazirine-sualiniz-var
Oxunma sayı: 1635


“Qafqazinfo”nun məlumatına görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergiödəyicilərə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Adları yuxarıda qeyd edilən rayonlardan olan, qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 14 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Rzayev Muraz Ağası oğlu, əlaqə telefonu: (022) 30-5-31-03, mobil (050) 254-41-02), Qazax rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Talıbov Qəzənfər Ələkbər oğlu, əlaqə telefonu: (022) 29-5-09-57, mobil (050) 254-41-09), Ağstafa rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Bayramov Afiq Maqsud oğlu, əlaqə telefonu: (022) 22-5-35-90, mobil (050) 254-41-10), Tovuz rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Sadıqov Murad Nazim oğlu, əlaqə telefonu: (022) 31-5-73-69, mobil (050) 254-41-67) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Qeyd edək ki, cari ilin may ayının 22-də vergilər naziri tərəfindən Şabran rayonunda vətəndaşların qəbulunun keçirildiyini, habelə iyun ayının sonunda ilk Avropa Oyunları ilə bağlı tədbir keçiriləcəyinin planlaşdırıldığını nəzərə alaraq, növbəti qəbulun əvvəlcədən elan olunduğu kimi, iyun ayının 30-da Şabran rayonuna yaxın ərazidə yerləşən Xızı rayonunda deyil, iyul ayının 3-də Qazax rayonunda keçirilməsi məqsədəmüvafiq hesab edilib.