Vergilər nazirinə sualınız var?

vergiler-nazirine-sualiniz-var
Oxunma sayı: 1941

Fevralın 25-də vergilər naziri Fazil Məmmədov Oğuz rayonunda, Oğuz Olimpiya İdman Kompleksinin inzibati binasında Oğuz, Şəki və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

“Qafqazinfo”nun məlumatına görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.

Adları yuxarıda qeyd edilən rayonlarda yaşayan, qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 10 saylı Ərazi Vergilər İdarəsi (əlaqələndirici şəxs: Şahverdiyev Azad Arif oğlu, əlaqə telefonu (02420) 5-05-69, mobil (050) 367-85-00) və Şəki rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs: Kərimov Elvin Rafiq oğlu, əlaqə telefonu: mobil (055) 299-52-11) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.