Vergilər Nazirliyi korrupsiyaya qarşı mübarizəyə başladı - Video

vergiler-nazirliyi-korrupsiyaya-qarsi-mubarizeye-basladi
Oxunma sayı: 6282

Vergilər Nazirliyində struktur islahatları aparılır. Bu sahədə korrupsiya elementlərinin qarşısını almaq üçün vahid arbitr rolunu oynatyan sistem yaradılır.

“Qafqazinfo”nun “Xəzər Xəbər”ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Vergilər Nazirliyinin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamentinin baş direktoru Nigar Alimova bildirib.

Onun sözlərinə görə, yeni apelyasiya sistemində nöqsanlar müəyyən edildiyi halda, qərarlara məsul olan vergi orqanları əməkdaşları barədə müvafiq intizam tənbehi ilə bağlı rəhbərlik qarşısında məsələ qaldıracaq.

Bundan əlavə uçot-qeydiyyat sistemində mütərəqqi yeniliklər tətbiq ediləcək. Belə ki, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı prosesi yeni yaradılan Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə həvalə edilib.

Bildirilib ki, vergi sistemində aparılan struktur islahatlarının əsas məqsədi vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsidir.