Vergilər Nazirliyi cəmiyyətdə vergi ödəmə vərdişlərinin formalaşdırılması, ölkədə vergi mədəniyyətinin yüksəldilməsi istiqamətində təbliğat, məlumatlandırma və maarifləndirmə işlərini davam etdirir. Bu məqsədlə son dövrlərdə Nazirliyin təşəbbüsü ilə bir neçə sosial reklam çarxı hazırlanıb.
"Qafqazinfo"ya daxil olan məlumata görə, bu günlərdə Vergilər Nazirliyi tərəfindən sayca 4-cü olan "Qüdrətli dövlət naminə!" çağırışı ilə hazırlanmış növbəti sosial reklam çarxı hazırlanıb. Bu dəfə süjet xətti olaraq oyun zamanı öz yoldaşları tərəfindən kənarda saxlanan, əsgərlərin onu komanda şəklində oyuna cəlb etməsi ilə futbol oynamaq istedadı üzə çıxan azyaşlı uşağın həyat hekayəsi əsas götürülüb. Süjet xəttində vurğulanır ki, qəhrəman olmaq heç kimin borcu deyil, lakin vətəndaşlıq mövqeyini hər bir kəs hər zaman nümayiş etdirməlidir.
Son xəbərlər
Son Xəbərlər