Verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlandı

verilen-ipoteka-kreditlerinin-sayi-ve-meblegi-aciqlandi
Oxunma sayı: 1358

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən “Qafqazinfo”ya bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 37 min 162 ipoteka krediti verilib. 

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 25 milyon 390 min 466 manatdır.