“Verilişimə heç zaman sıradan insanlar çağırmıram”

verilisime-hec-zaman-siradan-insanlar-cagirmiram
Oxunma sayı: 2047


Bu sözləri teleaparıcı Vüsalə Əlizadə “Qafqazinfo”ya açıqlamasında digər  həmkarlarından üstün cəhətlərindən danışarkən deyib:

“Efirə çıxan hər bir aparıcının danışdıqları yazılmalıdır. Mənim üçün bu günə kimi bir söz də yazılmayıb.  Öz bacarığıma inanıram. Elə olur ki, veriliş başlayanda bilirəm ki, mövzu  dəyişib. Mən həmin vəziyyətdən də çıxa bilirəm. Verilişimə heç zaman sıradan insanlar çağırmıram. Qonaqlarım məlumatlı və başqalarına məsləhət verə biləcək şəxslər olur. 

İstər tibb, istər ihtehsalat, istər dəb, istərsə də tarix olsun, mən o haqda danışa bilərəm.  Hər mövzudan məlumatlıyam. Hər dəfə məlumatlı olduğum üçün qonaqlarım mənə təşəkkür edir. İşimi sevirəm və bacarıram. Məni də bəzi həmkarlarımdan bu xüsusiyyətlərim fərqləndirir”. 

Könül