Veronada Azərbaycan musiqisi

veronada-azerbaycan-musiqisi-
Oxunma sayı: 762


“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və İtaliyadakı səfirliyin dəstəyi ilə təşkil olunan konsertin tamaşaçıları arasında İtaliyanın dövlət və hökumət rəsmiləri, parlamentin üzvləri, bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, hər iki ölkədən olan mədəniyyət və incəsənət xadimləri, turistlər və Verona sakinləri olub.

Azərbaycanın, İtalyanın klassik və milli musiqilərinin səsləndiyi konsertin çoxsaylı tamaşaçıları sırasında xüsusi qonaq qismində İtaliyanın məşhur müğənnisi Albano Karrizi də olub. 

Konsertdə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Soltan Hacıbəyovun və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib, muğam sənətimizin ən gözəl nümunələri dinləyicilərə təqdim olunub.