Versal yenidən ziyarətçilərə qapılarını açdı - Yenilənib

versal-yeniden-ziyaretcilere-qapilarini-acdi
Oxunma sayı: 2349

Parisin tarixi Versal sarayında yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Yanğının sarayın damında başladığı qeyd olunub.

Məlumata görə, yanğın qısa zamanda nəzarətə götürülüb.

Qeyd edək ki, saray XVII əsrdə Kral XIV Lüdovik üçün tikilib.

Tarixi abidə Fransa İnqilabına və 1789-cu ildə monarxiyanın devrilməsinə qədər əsas kral iqamətgahı olub.

***

Versal sarayı yanğından sonra yenidən ziyarətçilərin üzünə açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sarayın “X” hesabında bildirilib.

“Bu gün saraydakı tüstülənmə qısa vaxtda nəzarətə götürülüb və təhlükəsizlik məqsədilə ziyarətçilər təxliyə edilib. Hazırda saray əhalinin üzünə açıqdır”, - məlumatda deyilir.