“Vətən ətirli övladlarınız bizə əmanətdir!” - Video

veten-etirli-ovladlariniz-bize-emanetdir
Oxunma sayı: 920

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhidik zirvəsinə ucalmış qəhrəmanlarımızın uşaqlarından bəhs edən “Vətən ətirli övladlarınız bizə əmanətdir!” adlı yeni videoçarx hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, uşaqların hər biri Vətənin bütövlüyü və xalqımızın möhtəşəm zəfəri, doğma torpaqlarımızın azadlığına qovuşması uğrunda canından keçən bir igidin övladı olduğunu qürurla, iftixarla, onlara yaraşan məğrurluqla söyləyir.

Videoçarx Vətən müharibəsi şəhidləri Ramid Hacıyev, Teymur Abbasov, Sədi Musayev və Rövşən Nurzadənin uşaqlarının timsalında bütün şəhidlərimizin Vətən ətirli övladlarının bizə əmanət olduğunu və onların daim diqqət və qayğı əhatəsində olacaqları mesajını çatdırır.