Vətən müharibəsi ilə bağlı tarix fənninə dəyişiklik təqdim olundu

veten-muharibesi-ile-bagli-tarix-fennine-deyisiklik-teqdim-olundu
Oxunma sayı: 1003

Dövlət İmtahan Mərkəzi tərəfindən Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair yeni məqalə təqdim edilib.

“Qafqazinfo” xəbər verir ki, 2021-ci il “Abituriyent” jurnalının 2-ci sayında dərc edilmiş məqalə, həmçinin Dövlət İmtahan Mərkəzinin saytına da yerləşdirilib. 

Məqalənin ilk çapından sonrakı dövrdə baş vermiş hadisələrin çoxu yeni redaktədə nəzərə alınıb. Xatırladaq ki, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar qeyd edilən mövzu haqqında istifadədə olan dərsliklərdən bilgilər almayıblar. Mövzunun vacibliyi nəzərə alınaraq, 2022-ci ildə də II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu material əsasında tərtib ediləcək.

Materiallar ödənişsizdir və hər kəs öz kompüterinə yükləyə bilər.

Məqalənin yeni redaktəsi ilə bu keçidlər vasitəsilə tanış olmaq mümkündür:

https://dim.gov.az/upload/iblock/887/887ea14277e9997912fe494b5bf8370c.pdf

https://dim.gov.az/upload/iblock/520/5204dc9d6a9ef7555d6fdf1ff8472bc7.pdf