Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə öldü

veten-muharibesi-istirakcisi-facievi-sekilde-oldu
Oxunma sayı: 4882

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi “VAZ  2107” markalı avtomobillə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü Şəhriyar Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ş.Məmmədov Vətən Müharibəsi iştirakçısı olub.