Qəzaya düşən Vətən müharibəsi iştirakçısının vəziyyəti ağırdır - Yenilənib

Qəzaya düşən Vətən müharibəsi iştirakçısının vəziyyəti ağırdır
Oxunma sayı: 3880

Vətən Müharibəsi iştirakçısı yol qəzasına düşüb.

“Qafqazinfo” xəbər verir ki, Qax rayonu, Əmbərçay kənd sakini, 1997-ci il təvəllüdlü Babayev Emil Müzəffəroğlu oktyabrın 12-də idarə etdiyi motosikletlə hərəkətdə olarkən qəzaya düşüb.

Ağır bədən xəsarəti alan E.Babayev Bakı şəhərində xəstəxanada vəfat edib.

***

“City Hospital”dan “Qafqazinfo”ya bildirilib ki, Emil Babayev vəfat etməyib.

“Emil Babayev üç gün əvvəl bizim hospitala yerləşdirilib. Hazırda reanimasiya şöbəsində müalicə alan xəstənin vəziyyəti ağırdır” - məlumatda bildirilib.

Mübariz Muradov