Vətən müharibəsi qazisi düşdüyü qəzadan üç gün sonra vəfat etdi - Fotolar

veten-muharibesi-qazisi-dusduyu-qezadan-uc-gun-sonra-vefat-etdi
Oxunma sayı: 3372

Vətən müharibəsi qazisi Zeynalov İsgəndər Xalid oğlu avtomobil qəzası nəticəsində həlak olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə 3 gün öncə Keşlə qəsəbəsi ərazisində baş verib.

Yaralı xəstəxanaya çatdırılsa da, o, ötən gün müalicə aldığı tibb müəssisəsində dünyasını dəyişib.

Qeyd edək ki, İ.Zeynalov Vətən müharibəsində könüllü iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu.