Vətən müharibəsi qazisi komadan ayılmadı...

veten-muharibesi-qazisi-komadan-ayilmadi
Oxunma sayı: 3295

Bir neçə gün əvvəl komaya düşən Vətən müharibəsi qazisi, Masallı rayonundan olan Zeynal Şahhüseynli bu gün vəfat edib.

Bu barədə “Qafqazinfo”ya Masallı Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, 1998-ci il təvəllüdlü Z. Şahhüseynli beynindəki qansızma səbəbindən vəfat edib.

Xatırladaq ki, Z. Şahhüseynlinin atası Füzuli Şahhüseynli saytımıza oğlunun müharibədə beyin damarından kontuziya aldığını, buna görə bir müddət Füzuli Hospitalında, daha sonra isə Müdafiə Nazirliyinin Hərbi Poliklinikasında müalicə aldığını bildirmişdi. Onun sözlərinə görə, tibb müəssisəsindən buraxıldıqdan sonra ev şəraitində müalicə alan oğlu iyunun 5-də Lənkərana gedərkən yolda səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında cihazlara bağlı vəziyyətdə olan döyüşçünün səhhətinin normallaşdırılması üçün müalicə aparılıb.