Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi yad edildi - Video

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi yad edildi
Oxunma sayı: 693

Hərbi Hava Qüvvələrimizin şəhid pilotu, polkovnik, Vətən Müharibəsi Qəhrəmanı Zaur İsmayıl oğlu Nudirəliyevin xatirəsi ehtiramla yad edilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir Təlim və Tədris Mərkəzinin klubunda keçirilib. Tədbirdə Müdafiə Nazirliyi, Nərimanov Rayon İcra Hakimiyyətinin rəsmiləri, millət vəkilləri, şəhid ailələri, mədəniyyət və elm xadimləri, hərbçilər, müharibə iştirakçıları, qazilər və digərləri iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan edilib, Dövlət Himni ifa olunub.

Tədbirdə layihənin müəllifi polkovnik Abdulla Qurbani, Hərbi Hava Qüvvələrinin komandanı – müdafiə nazirinin müavini general-leytenant Ramiz Tahirov, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov və “Azərbaycan Bayrağı” ordenli ehtiyatda olan polkovnik-leytenant Etibar Camalov çıxış edib.

Tədbirdən sonra şəhid Z.Nudirəliyevin dəfn edildiyi II Şəhidlər xiyabanı ziyarət olunub, məzarı önünə əklil və güllər düzülüb.