Vətən Müharibəsi Qəhrəmanına həsr olunmuş kitab təqdim olundu - Fotolar

veten-muharibesi-qehremanina-hesr-olunmus-kitab-teqdim-olundu
Oxunma sayı: 2000

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun xatirəsinə həsr edilən “Vətən sevdalısı” kitabının təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, kitabın müəllifi yazıçı-publisist Pünhan Əfəndiyev bildirib ki, “bu kitab Əfqan Abdurahmanovun həyatından, hərbi xidmət illərindən, 44 günlük Vətən müharibəsindəki döyüş yolundan, yaxınlarının və döyüş yoldaşlarının xatirələrindən bəhs edir. Kitab həm də onun döyüş yoldaşlarının qəhrəmanlıqlarından, Vətənə, torpağa sədaqətindən danışır”.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə bu cür əsərlərin qəhrəmanların tanıdılmasında, təbliğində rolundan danışıb, zəfəri xalqımıza bəxş edən igidlərin döyüş yolunun hər bir böyüməkdə olan gənc nəslimiz üçün nümunə olacağını qeyd edib. Əlavə olaraq bildirib ki, qəhrəman şəhidimizin Vətənə əmanət qızı Hilalə Əfqan bu ali təhsil müəssisəsində təhsilini davam etdirir.

Tədbirin sonunda Pünhan Əfəndiyev müəllifi olduğu kitabı oxucular üçün imzalayıb.