Bu gün Vətən Müharibəsi Qəhrəmanı Əfqan Abdurrahmanovun xatirə abidəsinin açılışı olub.
“Qafqazinfo” xəbər verir ki, tədbir şəhidin adını daşıyan Qəbələ şəhər 3 nömrəli tam orta məktəbdə baş tutub.
Şəhid polkovnik-leytenantın doğum tarixinə təsadüfən edən tədbirdə onun ailə üzvləri, hərbçi yoldaşları, rayon rəhbərliyi iştirak edib.
Qeyd edək ki, əslən Qəbələnin Əmirvan kəndindən olan Ə.Abdurrahmanov 1976-cı il mayın 25-də Bakıda anadan olub. O, Vətən müharibəsi zamanı oktyabrın 10-da Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


Son xəbərlər
Son Xəbərlər