Vətən Müharibəsi şəhidi Fazil Məmmədlinin anım günüdür - Video

veten-muharibesi-sehidi-fazil-memmedlinin-anim-gunudur
Oxunma sayı: 1013

Vətən müharibəsi şəhidi Fazil Məmmədlinin anım günüdür.

“Qafqazinfo” xəbər verir ki, 22 yaşlı Fazil Məmmədli Füzuli döyüşləri zamanı şəhid olub, 2020-ci il oktyabrın 16-da dəfn edilib.

Şəhid Fazil Məmmədli Prezidentin sərəncamı ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, F.Məmmədlinin Ağstafa rayon Vurğun qəsəbəsində yaşayan ailə üzvləri onun atası Razim Məmmədlini onkoloji xəstəxanaya apararkən Fazilin şəhid xəbərini almışdı.

Dərdli ata oğlunun şəhidliyinin səkkizinci ayı tamam olan gün - iyunun 16-da dünyasını dəyişmişdi.

“Qafqazinfo” ötən ilin noyabr ayında şəhidin ailəsindən hazırladığı reportajı təqdim edir: