Vətən müharibəsində AAYDA-nın 1 əməkdaşı itkin düşüb

veten-muharibesinde-aayda-nin-1-emekdasi-itkin-dusub
Oxunma sayı: 1615

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları 44 günlük Vətən müharibəsində iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, müharibədə əməkdaşlardan 182 nəfər iştirak edib, onlardan 10 nəfər zabit, 172 nəfər çavuş olub: “Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən əməkdaşlarımızdan 7 nəfər yaralanıb, 1 nəfər isə itkin düşüb. Eyni zamanda əməkdaşlarımızdan 44 nəfər döyüşdə göstərdikləri şücaətlərə görə Prezident İlham Əliyev tərəfindən medallarla təltif olunublar”.

Gülnar Əliyeva