Vətən müharibəsində iştirak edən bu şəxslərə bağlı qanun təsdiqləndi

veten-muharibesinde-istirak-eden-bu-sexslere-bagli-qanun-tesdiqlendi
Oxunma sayı: 8415

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

"Qafqazinfo" xəbər verir ki, qanuna əsasən, Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət veriləcək.

Qanuna görə, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. İlk imtahandan müvəffəqiyyətlə keçən doktorantlar imtahanlarını verə biləcəklər.