Vətən müharibəsində iştirak etmiş hərbçilər təltif olundu - Fotolar+Video

veten-muharibesinde-istirak-etmis-herbciler-teltif-olundu
Oxunma sayı: 3039

Əlahiddə Ümumqoşun Orduda Prezident İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə təltif edilmiş Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.

"Qafqazinfo" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə dövlət təltifləri haqqında məlumat verilib və Prezident İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə təltif edilmiş İkinci Qarabağ müharibəsinin iştirakçılarına Xocavəndin, Cəbrayılın, Zəngilanın və Ağdamın azad olunmasına görə medalları təqdim olunub.

Şəxsi heyətin təntənəli keçidi ilə təltifetmə mərasimi başa çatıb.