Vətən müharibəsindən indiyədək mina partlayışında ölənlərin sayı açıqlandı

veten-muharibesinden-indiyedek-mina-partlayisinda-olenlerin-sayi-aciqlandi
Oxunma sayı: 1300

Vətən Müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə deyib.