Vətən müharibəsinə aid kitabın ingilis dilində nəşrinin təqdimatı oldu - Fotolar

veten-muharibesine-aid-kitabin-ingilis-dilinde-nesrinin-teqdimati-oldu
Oxunma sayı: 1257

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Bakı Şəhər İcra Hakimiyyəti və MTK-nın birgə təşkilatçılığı ilə "Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru" kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə BŞİH-nin məsul əməkdaşları, kompleksin müəllim və şagirdləri  iştirak ediblər. 

Tədbirin əvvəlində iştirakçıların ifasında dövlət himnimiz oxunub, sonra vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətən müharibəsində qazanılan qələbəyə həsr edilən video-çarx nümayiş etdirilib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının  şöbə müdiri Elmin İmanov bildirib ki, kitab Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitunun birgə layihəsidir: “Kitab  Azərbaycan, rus və türk dillərində çap edilib, ərəb və fars dillərində nəşrlərə hazırlıq görülür və bu gün artıq kitabın ingilis dilində nəşrinin təqdimatı keçirilir. Vətən müharibəsində qazanılan Şanlı Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti  sayəsində əldə olunub. Bu da tarixdə şəxsiiyyət faktoru amilini bir daha sübut edir. Kitabın ingilis dilində çap edilməsi dünyanın bir çox ölkələrində yaşayanların bu müharibə ilə bağlı düzgün məlumat almasına kömək edəcək”.

Zeynəb Rzayeva və Səma Cəfərova isə kompleksin müəllimləri, Vətən Müharibəsinin iştirakçıları olan Fuad Məmmədov və Asim  Rəsulovla video konfrans formatında müsahibələrini təqdim ediblər.

Qeyd edilməlidir ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq Vətən müharibəsinin əvvəlindən hazırki dövrə kimi olan bütün  mərhələləri əhatə edir və qazanılan şanlı qələbə müəlliflər tərəfindən ətraflı araşdırılıb. Kitaba tarixçi alimlərin, hərbiçilərin, Milli Məclisin deputatlarının, tanınmış jurnalistlərin Vətən müharibəsi ilə bağlı yazıları daxil edilib.