Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında Füzuli rayon təşkilatının növbəti konfransı keçirilib

vetendas-hemreyliyi-partiyasinin-merkezi-qerargahinda-fuzuli-rayon-teskilatinin-novbeti-konfransi-kecirilib
Oxunma sayı: 693

Tədbirdə VHP təşkilat şöbəsinin müdiri Samir Əsədli bildirib ki, Füzuli rayon təşkilatı partiyanın 81 rayon təşkilatı içərisində ən aktivlərindən biridir: «Təəssüf ki, rayon işğal altında olduğundan sakinlər kimi, təşkilat da bir neçə yerdə fəaliyyət göstərməyə məhkumdur. Özək təşkilatlarının bir hissəsi Horadizdə, bir hissəsi isə Bakının müxtəlif rayonlarında fəaliyyət göstərir».

Təşkilatın sədr əvəzi Yavər Həsənov və Nəzarət Təftiş Komisiyyası (NTK) sədri Qurban Namazəliyev hesabat məruzəsiylə çıxış etdikdən sonra söz partiya sədri Sabir Rüstəmxanlıya verilib. Sədr çıxışında paertiyanın mövqeyi haqda deyilənlərə aydınlıq gətirib: “Azərbaycanın taleyüklü məsələlərində əsas çətinlik, bizi hədəfdən yayındıran məsələ vətəndaş həmrəyliyinin olmamasıdır. Yerləşdiyimiz coğrafi mövqe və şərait elədir ki, biz yalnız vətəndaş həmrəyliyi ilə hədəflərimizə çata bilərik”.

S.Rüstəmxanlı «müxalifətin olmaması» ilə bağlı fikirlərə də toxunub: “Müxalifət yoxdursa, deməli, demokratiya, söz azadlığı, sivil toplum da yoxdur. Əslində, xalq özü əsl müxalifətdir, ayrı-ayrı siyasi partiyalara güvənməmək isə başqa mövzudur. Bu müxalifətlə – xalqla hesablaşmaq vacibdir”.


Daha sonra təşkilati məsələlərə baxılıb və gizli səsvermə yolu ilə ilə Qurban Namazəliyev rayon təşkilatının yeni sədri seçilib. Həmçinin 21 nəfərdən ibarət məclis və 3 nəfər NTK üzvü müəyyənləşdirilib. NTK-nın iclasında Şərqiyyə Orucova sədr seçilib. Məclisin iclasında isə 9 nəfər Şura üzvü və 5 nəfər müavin seçilib.

Fatimə Kərimli