Vətəndaş içkidən öldü, mağaza sahibi saxlanıldı

vetendas-ickiden-oldu-magaza-sahibi-saxlanildi
Oxunma sayı: 2952

Yanvarın 2-də Bakı şəhər sakini Yusif Hüseynov dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada ölüb.

“Qafqazinfo” xəbər verir ki, araşdırmalarla onun spirtli içkidən ölməsi müəyyən edilib.

Əməliyyat tədbirləri nəticəsində spirtli içkini satan, Q.Qarayev prospektində yerləşən bazardakı topdansatış mağazasının sahibi, Bakı şəhər sakini S.Seyidov saxlanılıb.