Vətəndaşın əlilliyinin dayandırılması ilə bağlı - Rəsmi açıqlama

Vətəndaşın əlilliyinin dayandırılması ilə bağlı
Oxunma sayı: 2578

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov sosial şəbəkə hesabında vətəndaşın qarşı tərəfin mövqeyini öyrənmədən videomüraciət yaydığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, T.Qurbanov bu müraciəti əsassız hesab etdiyini yazıb.

“Əlillik sahəsindəki islahatları qərəzli mövqedən gözdən salmağa çalışan sosial şəbəkə istifadəçisi bu dəfə də qarşı tərəfin mövqeyini öyrənmədən əsassız videomüraciət yayıb.

Sağlamlıq vəziyyəti əlilliyə əsas verməyən bir şəxsə necə əlillik dərəcəsi təyin etmək olar? Hələ bu ilin martında Bakı şəhər sakini Yusifov Elbrus Yusif oğlu ilə bağlı e-sistemə daxil edilmiş göndərişin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub”, - o qeyd edib.

Şöbə müdiri bildirib ki, bundan sonra da son aylarda onun müraciəti əsasında iki dəfə (14 və 30 iyunda) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəsi aparılıb:

“Hər iki əyani müayinə zamanı da onun əlillik vəziyyətində olmadığı müəyyən edilib. Bu səbəbdən də əlillik təyin edilməsindən imtina qərarı qüvvədə saxlanılıb”.