Vətəndaşın PA-ya ünvanladığı müraciət təmin edildi - Video

Vətəndaşın PA-ya ünvanladığı müraciət təmin edildi
Oxunma sayı: 1868

Bakı şəhərinin Səbail rayonunda qeydiyyatda olan, vətəndaş Nağıyev Əli Rafil oğlunun Prezident Administrasiyasına ünvanladığı və Səbail Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətini “Azəriqaz” İstehsalat Birliyi dərhal təmin edib. “Qafqazinfo” xəbər verir ki, Ə.Nağıyev müraciətində ailəsinin yaşadığı fərdi yaşayış evində təbii qazdan istifadə edə bilmədiyini bildirib.

O, müraciətinə baxılması zamanı 3 övladının görmə məhdudiyyətinin olmasının da nəzərə alınmasını istəyib. Birliyin əməkdaşları onun ailəsinin yaşadığı evə baş çəkib, təbii qazın çəkilməsi işlərinə başlanılıb. 20 sentyabr – “Neftçilər Günü” peşə bayramı ilə bağlı “Azəriqaz” İB-nin həyata keçirdiyi sosial aksiya çərçivəsində vətəndaşın problemi tezliklə həllini tapıb.

Qeyd edək ki, Nağıyev Əli Rafil oğlu hazırda cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır.

Bu ailənin müraciətinə dair görülən işlərlə bağlı hazırlanan video material:



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi