İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşların müraciətlərinə operativ baxılması məqsədilə “1542” nömrəli “Çağrı” mərkəzi istifadəyə verilib.
Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, vətəndaşlar “Çağrı” mərkəzinə stasionar və mobil telefonlardan “1542” nömrəsini yığmaqla müraciət edə bilərlər. Koronavirus epidemiyası, icbari tibbi sığorta sistemi, sığortahaqları, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələri, Xidmətlər Zərfi, işə qəbul və s. barədə məlumat almaq, qurumun və tibb müəssisələrinin fəaliyyətinə dair şikayət, tələb və təkliflərini bildirmək olar.
“Çağrı” mərkəzinin koronavirusla bağlı xətti (1542-0) 7 gün 24 saat, digər xətləri isə iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Qeyd edək ki, “Çağrı” mərkəzi Novruz bayramındakı qeyri-iş günlərində də işləyəcək.
Son xəbərlər
Son Xəbərlər