Vətəndaşlar YAP-a yarım milyon köçürüblər

vetendaslar-yap-a-yarim-milyon-kocurubler
Oxunma sayı: 1452

Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərdə xüsusi seçki fonduna daxil olan vəsaitin məbləğini açıqlayıb.

“Qafqazinfo” Mərkəzi Seçki Komissiyasının saytına istinadən xəbər verir ki, fiziki şəxslər partiyaya 453 300 manat ianə köçürüblər. 

Qeyd edək ki, maliyyə hesabatını MSK-ya YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov təqdim edib.