“Vətəni sevmək azdır” adlı dəyirmi masa - Fotolar

veteni-sevmek-azdir-adli-deyirmi-masa
Oxunma sayı: 730

Siyəzən rayon Mədəniyyət Mərkəzində əhali arasında hərbi-vətənpərvərlik işinin gücləndirilməsinə dair tədbirlər planına əsasən "Vətəni sevmək azdır" adlı dəyirmi masa keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən "Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirə Qarabağ müharibəsi veteranları, Qarabağ əlilləri, Şəhid ailələri, rayonun idarə müəssisələrindən və ümumtəhsil məktəblərindən nümayəndələr, çağırış yaşlı gənclər, rayon Ağsaqqallar şurasının sədri və başqaları dəvət olunub.

Tədbirin keçirilməsində məqsəd gənclərdə hərbi vətənpərvərlik hissinin, Vətən sevgisinin aşılanması idi.

Tədbirdə çıxış edən veteran və Qarabağ müharibəsi əlilləri Qarabağda gedən müharibədən, döyüşlərdən, ordumuzun igid qəhrəman oğullarından və bu gün cəbhədəki vəziyyətdən danışaraq bu gün də hər hansı bir çağırış olarsa vətənin müdafiəsinə hazır olduqlarını bildiriblər.