Vətəni terrorçunu dəfn etməkdən imtina etdi

veteni-terrorcunu-defn-etmekden-imtina-etdi
Oxunma sayı: 1668


“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, Mali rəsmiləri onun ölkəyə gətirilib dəfn olunmasını rədd ediblər. Terrorçunun meyiti təkrarən tibbi-ekspertiza məntəqəsinə qaytarılıb.

Fransa qanunlarına görə, terrorçunun yaxınları onun xüsusi məzarlıqda dəfn olunması üçün yaşadığı meriyaya müraciət etməli idi. Terrorçunun Esson departamentinin Qrini şəhərində yaşayan anası və bacısı nəşin basdırılması üçün meriyaya müraciət etmədiklərindən Amedinin meyiti vətəni Maliyə yola salınmalı idi. Amma Mali rəsmiləri bunu rədd ediblər. Onların rədd cavabının səbəbi hələlik aydınlaşmayıb.