Azərbaycanın usta cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən Avropa çempionatında birinci yeri tutublar.
“Qafqazinfo” xəbər verir ki, yığma kişilər arasında 30 yaşa qədər cüdoçular arasında qızıl medal qazanıb.
Milli komanda ilk görüşdə və yarımfinalda Fransanın müvafiq kollektivlərini məğlub edərək finala yüksəlib. Finalda Belçikaya 3:1 hesabı ilə qalib gələn Azərbaycan Avropa çempionu olub.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışlarda ümumilikdə 4 qızıl, 2 gümüş və 5 bürünc medal əldə ediblər.
Son xəbərlər
Son Xəbərlər