Ahıllara və müharibə veteranlarına dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tədbirlərin təşkil edilib keçirilməsi davam edir.
“Qafqazinfo” xəbər verir ki, növbəti tədbir Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən Həvəskarlar arasında nərd yarışı olub. Bu yarışda Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsi veteranları iştirak edib. Nərd yarışı Asif Məhərrəmov küçəsində yeni salınmış parkda təşkil edilib.
Qeyd edək ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Asif Məhərrəmov küçəsi ilə Moskva prospekti arasındakı məhəllələrarası ərazidə sakinlərinin asudə vaxtlarının səmərəli keçirmələri üçün baxımsız vəziyyətdə olan 1 hektardan çox sahədə geniş miqyaslı abadlıq işləri aparılıb.
Veteranların iştirak etdiyi 2 saat davam edən yarışda Nadir Kərimov I, Mahir Əlihüseynov II, Vaqif Atakişiyev III yerlərə, İnşallah Babayev, İsrail İbrahimov və Frunze Şumalov isə fərqlənməyə layiq görülüblər. Qaliblər Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomla mükafatlandırılıb.


Son xəbərlər
Son Xəbərlər