Veteranlar cəbhə bölgəsində - Fotolar

veteranlar-cebhe-bolgesinde
Oxunma sayı: 1954

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan general-mayor Dadaş Rzayev və onun müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov cəbhə bölgəsinə səfər edərək şəxsi heyətlə görüşüblər.

Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani görüşlər zamanı qeyd edib ki, nazirliyin qeyri-hökumət, xüsusilə də veteran təşkilatları ilə əlaqələri gündən-günə genişlənir.

Dadaş Rzayev cari ilin aprel ayında dördgünlük savaş zamanı döyüşçülərimizin erməni silahlı təxribatlarının qarşısını alarkən göstərdikləri mərdlik və igidliklərdən danışıb, bir çox əhəmiyyətli yüksəkliklərin azad edilməsindən xalqımız kimi veteranların da qürur duyduğunu və fərəh hissi keçirdiklərini bildirib.

Cəbhə bölgəsindəki bütün hərbi hissələri təmsil edən və döyüşlərdə şəxsi şücaət və rəşadət nümunələri göstərən bir qrup hərbi qulluqçu təşkilatın təsis etdiyi və ilk nümunələrinin dövlətimizin başçısına təqdim etdiyi "General Səməd bəy Mehmandarov", "General Əliağa Şıxlinski", "General Cəmşid Naxçınavski", "General Həzi Aslanov" yubiley medalları, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.