“Bakı Müharibə Əlil və Veteranları” İctimai Birliyi Hesablama Palatasının rəhbərliyinə Qarabağ əlilləri, Vətən müharibəsi qaziləri, veteranlar və şəhid ailələri adından təşəkkür edib.
“Qafqazinfo”ya daxil olan müraciətdə təşkilatın sədr müavini, müharibədə iki gözünü itirmiş qazi Əlişir Mirzəyev Hesablama Palatası tərəfindən ictimai birliyə bayramlarda il boyu göndərilən sovqatlara görə minnətdarlıq edib.
Təşkilatın sədri, İkinci Qarabağ müharibəsi qazisi Fuad Rzayev isə bildirib ki, 2003-cü ildə dövlət qeydiyyatına alınan birliyin qonşu Gürcüstan, Rusiya,Türkiyə və digər ölkələrlə sıx əlaqələri var. Təşkilat İkinci Qarabağ müharibəsində də koordinasiya yaradaraq fəaliyyətini davam etdirib:
“Koordinasiya şurasının 4 təşkilatı olub ki, biri də bizim təşkilatdır. İkinci Qarabağ müharibəsində də fəal iştirakımız olub".
Son xəbərlər
Son Xəbərlər