“Veteranlara ayrılan kommunal ödənişlər 130 manata çatdırılsın”

“Veteranlara ayrılan kommunal ödənişlər 130 manata çatdırılsın”
Oxunma sayı: 2014

Milli Məclisin deputatı Siyavuş Novruzov müharibə veteranlarının kommunal xərcləri üçün ayrılan vəsaitin artırılmasını təklif edib.

“Qafqazinfo”nun xəbərinə görə, millət vəkili parlamentdə çıxışı zamanı bildirib ki, hazırda müharibə veteranları kommunal xərclərin ödənilməsi ilə bağlı 80 manat müavinət alırlar:

“Hər bir veteran bundan fəxarət hissi keçirir. Ancaq ölkədə nəqliyyat və kommunal sahədə qiymətlər artıb. Ona görə təklif edirəm ki, müharibə veteranları üçün ayrılan kommunal ödənişlər 130 manata çatdırılsın. Biz bununla 100 mindən çox şəxsin kommunal ehtiyacının artırılmasına nail ola bilərik”.

Günel Türksoy