“Qafqazinfo” apa-ya istinadən xəbər verir ki, müharibə iştirakçısı olmuş qapanlılar müraciətlərində döyüşə hazır olduqlarını qeyd edib, səngərlərə, düşmən qarşısına göndərilmələrinə şərait yaradılmasını xahiş ediblər. Onlar bildiriblər ki, cəbhədə vəziyyətin gərginləşdiyi bir vaxtda düşmənə qarı döyüşmək, ona layiqli cavab verilməsində hərbçilərimizin yanında olmaq istəyirlər.
Lakin ərazinin müdafiəsini üzərinə götürmüş hərbçilər komandanlıq adından müharibə veteranı olan Qapanlı sakinlərinə təşəkkür edərək, hələlik belə bir addıma ehtiyac olmadığını bildiriblər.