“Veysəloğlu” oktyabr ayı üzrə Pərakəndə İndeksini açıqladı

veyseloglu-oktyabr-ayi-uzre-perakende-indeksini-aciqladi
Oxunma sayı: 946

Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4317 adda məhsulu nəzərə alaraq hazırladığı pərakəndə satış indeksini hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşır.

Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir.


Oktyabr ayı üzrə “Veysəloğlu Pərakəndə İndeksi” 105,0% təşkil edir. Qeyd edək ki, “Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin oktaybr ayında 2020-ci ilin oktaybr ayı ilə müqayisədə 110,1% təşkil edilir. Belə ki, cari ilin oktyabr ayında ötən ilin oktyabr ayı ilə müqayisədə təzə qida məhsullarında (qısa müddətli istifadəyə yararlı istehlak məhsulları) 110,9%, qida və spirtsiz içkilərdə 110,8%, alkoqol və tütün məmulatlarında isə 105,8% təşkil edir.

 

27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdansatış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox  əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.