Vəzifəli şəxs vəfat etdi - Foto

vezifeli-sexs-vefat-etdi
Oxunma sayı: 9599

Azərbaycan Sahibkarlar Konfederasiyasının Gəncə bölməsinin rəhbəri Afina Babayeva qəfil vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, A.Babayeva Bakı şəhərində dünyasını dəyişib. O, Gəncə şəhərində dəfn ediləcək.

Qeyd edək ki, Afina Babayeva uzun illər bank sektorunda çalışıb. O, müxtəlif bankların regional nümayəndəliyinin rəhbəri olub.

Yunis Quliyev