Vəzifəli şəxsin həbs xəbəri ilə bağlı - Açıqlama

vezifeli-sexsin-hebs-xeberi-ile-bagli
Oxunma sayı: 5754

Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri  Bəxtiyar Əsgərov Ali Məclisin əməkdaşının vəzifə səlahiyyətlərini aşdığına  görə həbs edilməsiylə bağlı  bəzi saytlarda yayılan məlumata münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, B. Əsgərov məlumatın tamamilə yalan olduğunu vurğulayıb. O qeyd edib ki, dünyanın koronavirusla mübarizə apardıģı həssas dövrdə bu cür uydurma və heç bir əsası olmayan məlumatların qəsdən yayılması təkcə məsuliyyətsizlik yox, həm də ağılsızlıqdır:

“Tam məsuliyyətlə qeyd edirəm ki, muxtar respublika bütün sahələrdə öz dinamik inkişafı və dəyişməz mövqeyi ilə həmişə doğru və düzgün informasiyaya dəstəyini ifadə edib”.