Vəzifəli şəxslər beş yüz manat cərimələnəcək

vezifeli-sexsler-bes-yuz-manat-cerimelenecek
Oxunma sayı: 634

Belə ki, aeroportun ərazisində yerləşən müəssisə, idarə və təşkilatlar və onların işçiləri tərəfindən obyektdaxili rejimin təmin olunmamasına və buraxılış rejiminə riayət edilməməsinə görə vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə ediləcək.

Həmçinin, hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.
Aviasiya təhlükəsizliyi üzrə əməkdaş tərəfindən yerdə hava gəmisinin təhlükəsizliyinin təmin edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında cərimə edilir. Hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasının pozulmasına görə vəzifəli şəxslər min manat miqdarında cərimə olunacaq.

Aviasiya təhlükəsizliyi üzrə əməkdaşın qanuni göstərişlərinə əməl etməməyə görə fiziki şəxslər əlli manat miqdarında, vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir.
Qeyd olunan dəyişikliklərin Milli Məclisin bu gün keçirilən plenar iclasında qəbul olunacağ gözlənilir.