Vəzifəli şəxslər instaqramda sualları cavablandıracaq

vezifeli-sexsler-instaqramda-suallari-cavablandiracaq
Oxunma sayı: 1534

Baş Prokurorluğun idarə rəisləri vətəndaşların suallarını cavablandıracaq.

Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, İstintaq idarəsinin rəisi Nemət Əvəzov, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi Orxan İsayev, Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova və Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə sualları cavablandıracaq.

Həmin şəxslər fevralın 15-də Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində saat 11:00-dan saat 12:00-dək canlı yayımda olacaqlar.