Vəzifəli şəxslərlə bağlı cinayət işi başa çatdı

vezifeli-sexslerle-bagli-cinayet-isi-basa-catdi
Oxunma sayı: 880


“Qafqazinfo” ya daxil olan məlumata görə, istintaq zamanı 2008-2012-ci illərdə filialın müdiri vəzifəsində işləmiş Elmir Əsgərovun qulluq mövqeyindən istifadə edərək cəmiyyətin vəzifəli şəxsləri ilə əlbir olub Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən ASC-nin hesabına köçürülmüş pul vəsaitinin150 min manatını kənd təsərrüfatı kreditlərinin verilməsi adı ilə digər şəxslərin adına sənədləşdirib mənimsəməklə “RoyalBank” ASC-yə külli miqdarda ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsindənəzərdə tutulan ittiham elan edilib.

İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.