“Vəzifəsini iyunun sonunda tərk edəcək”

vezifesini-iyunun-sonunda-terk-edecek
Oxunma sayı: 938

Ağ Evin mətbuat katibi Sara Sanders vəzifəsini iyunun sonunda tərk edəcək.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

"Üç il yarımlıq işdən sonra bizim görkəmli Sara Sanders Ağ Evi tərk edəcək və böyük Arkanzas ştatındakı evinə gedəcək", - deyə Tramp bildirib.

Dövlət başçısı mətbuat katibinə işinə görə təşəkkür edib. Donald Tramp Sara Sandersin Arkanzas ştatının qubernatoru vəzifəsi uğrunda mübarizə aparacağına ümid etdiyini bildirib.