“Paytaxtda vəziyyət mürəkkəb və gərgindir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, ruslar şəhərə soxulmayıb:
“Lakin Kiyevdə təxribat qrupları fəaliyyət göstərir. Hərbçilər, hüquq-mühafizə orqanları təxribatçıları aşkar edib zərərsizləşdirir. Bu gün toqquşmalar və atışmalar olub. Bəzi bölgələrdə indi də davam edir.
Rusiya Ukraynanın paytaxtında, dövlətimizin şəhər və qəsəbələrində yaşayış məhəllələrini atəşə tutur. Kiyevdə paytaxta hücum başlayandan biri uşaq olmaqla, altı mülki şəxs öldürülüb. 71 nəfər yaralanıb. Onlardan üçü uşaq olmaqla, 25-i mülki şəxsdir.
Sakinləri və onların təhlükəsizliyini qorumaq üçün bu gün saat 17:00-dan etibarən komendant saatı tətbiq etməyə məcbur olduq. Hansı ki, fevralın 28-i səhər saat 08:00-a qədər davam edəcək. Yəni bir gün yarımdır.
Bu zaman xüsusi buraxılışlı avtomobillər istisna olmaqla, şəxsi avtomobillərin hərəkəti qadağandır. Xüsusi keçidi olmayan komendant saatı zamanı küçələrdə olan mülki şəxslər düşmənin təxribat-kəşfiyyat qruplarının üzvləri hesab olunacaqlar.
Hava hücumu zamanı insanlar evlərini tərk edərək ən yaxın sığınacağa gedə bilərlər.
Ona görə də hər kəsdən təmkinli olmağı xahiş edirəm. Evdə və ya sığınacaqlarda qalın.
Şəhərdə bütün kritik infrastruktur obyektləri işlək vəziyyətdədir.
İctimai nəqliyyat indi işləmir. Metro və metronun yeraltı stansiyaları sığınacaq rejimində işləyir.
Gecə də çətin olacaq. Qoşunlar hələ də Kiyevə axışır.
Gəlin birlikdə müqavimət göstərək! Biz torpağımızı, övladlarımızı, dövlətimizin gələcəyini qoruyuruq!”
Son xəbərlər
Son Xəbərlər