“Vicdan haqqı”nın aktyoru əməliyyat olundu - Foto

vicdan-haqqinin-aktyoru-emeliyyat-olundu
Oxunma sayı: 3531

Əməkdar artist, “Vicdan haqqı” serialının İmranı İlham Hüseynov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya  aktrisa Ülviyyə Xəlilbəyli məlumat verib. 

Bildirib ki, artroz xəstəliyindən (oynaqda qığırdaq yeyilməsi) xəztəliyindən əziyyət çəkən aktyor Tibb Universitetinin (ATU) Cərrahiyyə Korpusunda əməliyyat edilib. 

Ötən gün palataya köçürülən İ. Hüseynovun vəziyyəti hazırda yaxşıdır. 

Qeyd edək ki, aktyor ötən ilin iyul ayında da əməliyyat olunmuşdu.